Xəzər Xəbər

Qadın 2 azyaşlı qızı ilə birgə itkin düşdü NEFTÇALADA

Hadisə | 12:21 • 25 May 2018
Qadın 2 azyaşlı qızı ilə birgə itkin düşdü

Neftçala rayonunda qadın iki körpəsi ilə birlikdə itkin düşüb.

1994-cü il təvəllüdlü Türkan Zamanlı iki qızı - 3 yaşlı Sevər və 2 yaşlı Ruqəyya ilə birlikdə Mürsəqulu kəndində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Qadının qohumları itkin düşənlərin tapılması üçün Neftçala Rayon Polis Şöbəsinə müraciət ediblər. (report)

Xəbər lenti