Xəzər Xəbər

Şəmkirdə toy günü DƏHŞƏTLİ HADİSƏ: 2 ölü, 3 yaralı

Hadisə | 18:24 • 24 Aprel 2018
Şəmkirdə toy günü DƏHŞƏTLİ HADİSƏ:

Şəmkirdə ağır yol qəzası baş verib.

Hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu "VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır./trend

Xəbər lenti