Xəzər Xəbər

Azərbaycanlı kinoaktyor vəfat etdi

Hadisə | 13:27 • 19 Aprel 2018
Azərbaycanlı kinoaktyor vəfat etdi

Aktyor, qiraət ustası İdris Rüstəmov dünyasını dəyişib.

XəzərXəbər-in aktyorun yaxınlarına istinadən verdiyi xəbərə görə, İdris Rüstəmov uzun sürən xəstəlikdən sonra dünən səhər saatlarında vəfat edib.

Əsasən epizodik rollar ifaçısı İdris Rüstəmovun son rollarından biri "Sonuncu" adlı qısametrajlı filmdə olub. Aktyor bu roluna görə 2016-cı ildə Livan Beynəlxalq Qısametrajlı Filmlər Festivalının "Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

30 -dan çox filmdə müxtəlif xarakterli obrazlar yaratmış aktyor Belarus,Ukrayna və s. xarici olkərərin filmlərində də rol almışdı.

Xəbər lenti