Masallıda yanğın hadisəsi baş verib.
XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, rayonun Mahmudavar kəndində ümumi
sahəsi 280 m2 olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində 2
otaq və dəhlizin, ikinci mərtəbəsində 2 otaq və dəhlizin yanar
konstruksiyaları ümumilikdə 160 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.