Xəzər Xəbər

Binadan bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar - BAKIDA - FOTO

Hadisə | 09:41 • 20 Noyabr 2017
Binadan bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar -

Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atıblar.

Hadisə paytaxrın Nəsimi rayonu ərazisində, "Moskva" Univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Həmin binanın 8 -ci mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan "LEXUS"markalı bahalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları gəlib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. (Trend)

Xəbər lenti