Xəzər Xəbər

Evlərdən qızıl və pul oğurlayan şəxs saxlanılıb

Hadisə | 15:39 • 18 Noyabr 2017
Evlərdən qızıl və pul oğurlayan şəxs saxlanılıb

Evlərdən qızıl və pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran Regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Lerik rayonundakı evlərdən birindən oğurluq edilməsi barədə Polis Şöbəsinə müraciət daxil olub.

Araşdırmalarla noyabrın 15-də həmin evdən 3400 manat dəyərində qızıl-zinət əşyalarının, 250 manat pulun və 2 ədəd maaş kartının oğurlandığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun zərərçəkmişin qohumu Səbuhi Məmmədzadə tərəfindən törədilməsində şübhələr yarandığından həmin şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. O, törətdiyi əməli etiraf edərək oğurladığı qızılı və pulu könüllü olaraq istintaqa təhvil verib.

Ətrafında aparılan tədbirlərlə onun digər cinayətinin də üstü açılıb.

S.Məmmədzadənin cari ilin sentyabrın 6-da rayon ərazisindəki daha bir evdən 1040 manat dəyərində qızıl, 596 manat pul və bəzək əşyaları oğurlaması, həmin zinət əşyalarını Bakıdakı qızıl mağazalarından birinə 520 manata satdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti