Xəzər Xəbər

Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var - Baş həkim

Hadisə | 17:40 • 28 Oktyabr 2020
Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var - Baş həkim

Ermənistanın Bərdədə törətdiyi terror nəticəsində ölən və yaralananlar arasında uşaqlar da var.


Bərdə Rayon Mərkəzi Xəstəxanasın baş həkimi Əliyar Sərvərov bildirib ki, indiyədək xəstəxanaya 40-dan çox yaralı daxil olub:


"Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır. Hazırda əməliyyat prosesi gedir. Aralarında 15-16 yaşlı uşaqlar da var. Onlardan biri – 16 yaşlı oğlan döş qəfəsindən ağır qəlpə yarası almışdı, təəssüf ki, onun həyatını xilas etmək mümkün olmadı. Hazırda bütün həkimlərimiz iş başındadır və var gücləri ilə yaralıların həyatlarını qurtarmaq üçün çalışırlar”.


Qeyd edək ki, Ermənistanın bu gün Bərdəyə etdiyi hücum nəticəsində 21 nəfər ölüb, 70 nəfər yaralanıb./trend

Xəbər lenti