Bakıda yanğın avtomobil sıxlığına səbəb olub.
Bu barədə xezerxeber.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, Heydər Əliyev prospekti Sabunçu yol qovşağı yaxınlığında yoldan kənar ərazidə yanğın baş verib.
Bu səbəbdən də H.Əliyev-Hava limanı yolunda, xüsusən də Sabunçu istiqamətində köməkçi yolda sıxlıq müşahidə olunur.