Xəzər Xəbər

Sabunçu rayonunda avtomobil qaçıran şəxslər saxlanılıblar

Hadisə | 15:44 • 21 Sentyabr 2020
Sabunçu rayonunda avtomobil qaçıran şəxslər saxlanılıblar

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət edən paytaxt sakini Ə.Ləzimov sentyabrın 10-na keçən gecə rayon ərazisindən "VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş F.Kərimov və Şamaxı rayon sakini N.Rəhimov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da avtomobillə birgə rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıblar.


Faktla bağlı təhqiqat aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti