Xəzər Xəbər

Biləsuvarda dəhşətli hadisə ÖLƏNLƏR VAR

Hadisə | 10:56 • 20 Sentyabr 2020
Biləsuvarda dəhşətli hadisə

Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.


Hadisə ötən gün axşam saatlarında yeni çəkilmiş Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.


Belə ki, Biləsuvar şəhər sakini, Ağayev Kamal Mehdi oğlunun idarə etdiyi "Niva" markalı minik avtomobilinin aşması nəticəsində özü və qadın sərnişini hadisə yerində ölüblər. Qadın sərnişinin şəxsiyyəti dəqiqləşdirilir.




Qeyd edək ki, bu yol təmir edilib istifadəyə verildikdən sonra ölümlə nəticələnən ikinci yol qəzasıdır.(Report)

Xəbər lenti