Xəzər Xəbər

Bayram günlərində yol qəzalarında 3 nəfər öldü

Hadisə | 12:43 • 3 Avqust 2020
Bayram günlərində yol qəzalarında 3 nəfər öldü

Həftəsonu daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 1-2-də törədilən 38 cinayətin üstü "isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Xəbər lenti