Xəzər Xəbər

Bakıda müəssisə işçisini elektrik cərəyanı vuraraq öldürüb

Hadisə | 15:44 • 16 İyul 2020
Bakıda müəssisə işçisini elektrik cərəyanı vuraraq öldürüb

İyunun 15-də Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Burfanov Nemət Müşfiq oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.


Qaradağ Rayon Prokurorluğunun xezerxeber.az-a daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.


Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


İlkin istintaqla "Elektrik Quraşdırma” müəssisəsində elektrik quraşdırıcısı işləyən Nemət Burfanovun "Cənub” və "Qobu” elektrik stansiyaları arasında elektrik naqillərini yüksək təzyiqli sıxac aləti vasitəsilə birləşdirən zaman həmin yüksək gərginlikli elektrik xəttində yaranmış induksiya elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyənləşdirilib.


Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti