Xəzər Xəbər

Bakıda yeniyetmə bankomatdan 5 547 manat pul çıxardaraq oğurladı

Hadisə | 13:57 • 11 İyul 2020
Bakıda yeniyetmə bankomatdan 5 547 manat pul çıxardaraq oğurladı

Bakıda avtomobildə oğurluq hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 4-də rayon ərazisində "Toyota” markalı avtomobildən 2 ədəd bankomat kartı və şəxsiyyət vəsiqəsi, habelə banklardan birinə məxsus bankomatdan 5 547 manat pulu çıxararaq oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini olan bir yeniyetmə saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Xəbər lenti