Xəzər Xəbər

Suraxanı rayonunda narkotik istifadəçisi həbs edilib

Hadisə | 19:57 • 7 İyul 2020
Suraxanı rayonunda narkotik istifadəçisi həbs edilib

Paytaxtın Suraxanı rayonunda narkotik vasitələrin istifadəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.


Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Suraxanı rayon sakini Rəhman Yusifovla bağlı aparılan araşdırmalarla və ondan götürülən bioloji nümunələrlə həmin şəxsin qanunsuz narkotik istifadəçisi olması aşkarlanıb.


Onun barəsində toplanmış matereallar rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə R.Yusifov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 60 gün müddətinə inzibati qaydada həbs olunub.

Xəbər lenti