Xəzər Xəbər

Xüsusi icazədən istifadə edən oğrular saxlanıldılar

Hadisə | 15:43 • 4 İyul 2020
Xüsusi icazədən istifadə edən oğrular saxlanıldılar

Xüsusi icazədən istifadə edən oğrular saxlanıldılar.


DİN Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki şəxs saxlanılıb. Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Samir Dadaşov və Elçin Abdullayev olduqları müəyyən edilib.


Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Məlum olub ki, həmin şəxslər yaşadıqları ərazini icazə sistemində Elçin Abdullayevin adına mebel ustası kimi qeydiyyata alınan və ölkə ərazisi üzrə hərəkət etməyə icazə verən sənəd vasitəsi ilə tərk edərək Qubaya gəliblər və burada oğurluq hadisəsini törədiblər. Qeyd olunan faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti