Xəzər Xəbər

Abşeron rayonunda karantin rejimini pozan 5 nəfər həbs edilib

Hadisə | 11:47 • 7 İyun 2020
 Abşeron rayonunda karantin rejimini pozan 5 nəfər həbs edilib

Ölkə ərazisində vətəndaşların küçəyə çıxması ilə bağlı tətbiq edilən sərtləşmiş məhdudiyyət Abşeron rayonunu da əhatə edir. İyunun 6-da saat 00:00-dan ayın 8-i saat 06:00-dək davam edəcək sərt karantin rejimi ilə bağlı Abşeron rayonun polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.

Abşeron Rayon Polis İdarəsinin rəis müavini Elçin Rəcəbov AZƏRTAC-a bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı əsasında tətbiq edilən məhdudiyyətlərlə bağlı rayonun şəhər, qəsəbə və kəndlərində müvafiq postlar qurulub. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbçiləri polis əməkdaşları ilə birgə rayonun küçə və prospektlərində xidmət aparırlar. Bununla yanaşı, polis əməkdaşları xidməti avtomobillər vasitəsilə elan verərək vətəndaşları karantin rejimi çərçivəsində tətbiq edilən qaydalara əməl etməyə çağırır.

E.Rəcəbovun verdiyi məlumata görə, iyunun 6-da xüsusi icazəsi olmadan küçəyə çıxan, ya da tibbi maskadan istifadə etməyən vətəndaşlar barəsində qanunamüvafiq olaraq 64 inzibatı protokol tərtib edilib. Onlardan 5 nəfərinə 15 sutkalıq inzibati həbs cəzası tətbiq olunub. Polis rayon üzrə nəzarəti davam etdirir və zəruri tədbirlər görülür.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti