Xəzər Xəbər

Azərbaycanda OLAY: İki nəfər birləşib qadının başına oyun açdılar

Hadisə | 17:41 • 28 May 2020
Azərbaycanda OLAY:

Bərdə rayonunun Qasımbəyli kəndi ərazisində 2 nəfər naməlum şəxs Şorəlli kənd sakini T.Məmmədovaya zor tətbiq edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, onlar qadının 260 manat pulunu, mobil telefonunu və bankomat kartını alıblar.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qasımbəyli kənd sakini, əvvəllər məhkum olunmuş E.Əhmədov saxlanılıb.

Digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti