Xəzər Xəbər

Mingəçevirdə avtomobil 13 nəfəri vurub - 4 uşağın vəziyyəti ağırdır

Hadisə | 15:46 • 24 May 2020
Mingəçevirdə avtomobil 13 nəfəri vurub -

Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.


TƏBİB-dən xezerxeber.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılacaq.


Qəza nəticəsində 2 uşaq kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Xəsarət alan iki uşağın isə vəziyyəti orta ağırdır.

Xəbər lenti