Xəzər Xəbər

Türkiyədə dəhşətli hadisə - Azərbaycanlılar yanaraq öldü

Hadisə | 15:57 • 23 May 2020
Türkiyədə dəhşətli hadisə - Azərbaycanlılar yanaraq öldü

Türkiyənin Trabzon vilayətinin Of qəsəbəsi yaxınlığında ağır yol qəzası baş verib.

Türkiyə mətbuatı xəbər verir ki, Çaykaradan Ofa gələn yolda Azərbaycan vətəndaşı Fariz Farizovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Daha sonra avtomobil alovlanıb.

Hadisə nəticəsində 3 azərbaycanlı yanaraq ölüb.

Onların çay plantasiyasında çalışdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti