Xəzər Xəbər

Bakıda ŞOK OLAY: ünvana çatanda bıçağı sürücünün boğazına dirədi

Hadisə | 12:37 • 18 May 2020
Bakıda ŞOK OLAY:

Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, mayın 16-da saat 3 radələrində Abşeron rayonunun Gənclər şəhərciyi ərazisində rayon sakini X.Quliyevin idarə etdiyi "Daewoo” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsin M.Ə.Rəsulzadə qəsəbəsinə gedəcəyini bildirməsi, həmin ünvanda isə sürücünü bıçaqla hədələyərək 20 manatını alması barədə Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini S.Ağayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti