Xəzər Xəbər

Bakıda minik avtomobilləri toqquşub, 2 nəfər ölüb

Hadisə | 09:38 • 22 Aprel 2020
 Bakıda minik avtomobilləri toqquşub, 2 nəfər ölüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda "Opel” və "VAZ” markalı iki minik avtomobili toqquşub.

Xezerxeber.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti