Xəzər Xəbər

Polisə xəsarət yetirməyə cəhd edən şəxs saxlanılıb

Hadisə | 12:26 • 21 Aprel 2020
Polisə xəsarət yetirməyə cəhd edən şəxs saxlanılıb

Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Şəki şəhər rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman küçədə gəzən bir nəfərə yaxınlaşaraq, icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb etdikdə o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq onlara müqavimət göstərib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, polislər həmin şəxsi intizama dəvət edib, sakitləşdirməyə çalışsa da, o, qanunsuz hərəkətlərinə davam edərək, bıçaqla polisə xəsarət yetirməyə cəhd edib. Lakin polis əməkdaşlarının cəld hərəkəti və çevikliyi nəticəsində həmin şəxs zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə Polis Şöbəsinə gətirilib.

ŞRPŞ-də onun şəhər sakini Sənan Yusifov olduğu müəyyən edilib. S. Yusifovun karantin rejimi qaydalarını pozaraq icazəsiz küçəyə çıxdığı və yüngül dərəcəli sərxoş olduğu məlum olub.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti