Xəzər Xəbər

Bakıda ağır qəza: İki avtomobil toqquşdu

Hadisə | 09:47 • 20 Aprel 2020
Bakıda ağır qəza: İki avtomobil toqquşdu

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Kazımova Mənzərxanım Məmmədrza qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə 3 saylı Şəhər Klinki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.//Report.az

Xəbər lenti