Xəzər Xəbər

Bir gündə 20 oğurluq: Bakıda mağazanın pəncərəsindən 100 manatlıq ət oğurlandı

Hadisə | 19:37 • 8 Aprel 2020
Bir gündə 20 oğurluq:

Bakıda xüsusi karantin rejiminin tətbiq olunması ilə oğurluq hallarının sayı xeyli azalıb. Hər gün paytaxtın polis bölmələri 20-yə yaxın fərdi və dövlət əmlakı oğurluğunu qeydə alır. Əvvəllər bu rəqəm təxminən 45-50 olurdu.

Yasamal rayonunda istixana təsərrüfatları quraşdıran "Geotermal Agro” şirkətinə məxsus avtomobildən 7300 ABŞ dolları oğurlanıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Oğurluq Hüseyn Cavid prospektində şirkət sahibi Rasim Əliyevə məxsus BMW markalı avtomobildən edilib. 28-ci Polis Bölməsinə şikayət edən sahibkar oğrunun pulu maşının açıq yan pəncərəsindən oğurladığını iddia edib.

Hazırda bu faktla bağlı araşdırma aparılır, hələlik həbs olunanlar yoxdur.

Eyni ərazidə aprelin 6-da naməlum şəxs mağazanınnəfəsliyindən səkkiz kiloqram mal ətini oğurlayıb.

İsmayıl Qutqaşınlı küçəsində 1958-ci il təvəllüdlü Mami Adışova məxsus mağazaya pəncərədən girən oğru eyni şəkildəoranı tərk edib. Oğurluq nəticəsində zərərçəkmişə 100 manat məbləğində ziyan dəyib.

Nizami rayonunda naməlum şəxslər 1960-cı il təvəllüdlü Xaqani Kərimova məxsus "Topaz” ofisini qarət ediblər. Oğrular pəncərədən içəri daxil olaraq 46 manat pul, ümumi dəyəri 6000 manat olan üç televizor və kompüter oğurlayıblar.

Yeni Suraxanı qəsəbəsində 1963-cü il təvəllüdlü Ağami İlyasovun evinin həyətindən 20 toyuq oğurlanıb. Bundan əlavə, naməlum şəxs 450 manat dəyərində avtomobil hissələrini də aparıb.

Bu faktların hamısı araşdırılır.

Xəbər lenti