Xəzər Xəbər

Xalq artistinin ölümünün TƏFƏRRÜATI: Axşam nəvəsinin toyu oldu, səhər...

Hadisə | 12:12 • 29 Fevral 2020
Xalq artistinin ölümünün TƏFƏRRÜATI:

Xəbər verdiyimiz kimi, Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı bir neçə saat əvvəl vəfat edib.

Aktyorun vəfatı ilə bağlı yeni təfərrüat ortaya çıxıb. Məlum olub ki, dünən aktyorun nəvəsi Ləmanın toyu olub. Ağaxan Salmanlının səhhəti isə səhər saatlarında qəfildən pisləşib.

Bu barədə aktyorun həmkarı Elnur Kərimov məlumat verib. O, bildirib ki, nəvəsinin toyunda aparıcılığı Ağaxan Salmalı ona tapşırıb:

"Bu, mənim ən çox qorxduum xəbər idi. Dünən ilk nəvəsinin toyunu aparmaq mənə yaxşı ki, nəsib olmuşdu. Heç olmasa təşəkkür edə bildim. Sonsuza qədər təşəkkür edəcəm. Böyük sənətkar və böyük ustad məkanın cənnət olsun”.

Qeyd edək ki, Xalq artisti Mart 1-də, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Tıq-tıq xanım" tamaşasının 75-ci Yubiley tamaşasını oynayacaqdı.

Allah rəhmət eləsin./publika.az

Xəbər lenti