Xəzər Xəbər

Azərbaycanda maşın dərəyə aşdı: Ata və iki yaşlı oğlu öldü

Hadisə | 16:15 • 22 Fevral 2020
Azərbaycanda maşın dərəyə aşdı:

Lerikdə baş verən avtomobil qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub. 

Report-un məlumatına görə, Orand-Lerik yolunda qeydə alınan hadisə nəticəsində 1988-ci il təvəllüdlü Xəqani Orucəli oğlu Rəhimov və onun iki yaşlı oğlu Hüseyn Xəqani oğlu Rəhimzadə ölüb. 

Xəsarət alanlar isə bunlardır. Elnarə Hacıbaba qızı Rəhimli (1993-ci il təvəllüdlü, ölən uşağın anası), Zəhra Xəqani qızı Rəhimli (2012-ci il), Nigar Xəqani qızı Rəhimli (2016-cıı il təvəllüdlü) və Hüseynəli Faiq oğlu Rəhimli (2017- ci il təvəllüdlü).

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  

Qəzada travma alan 1989-cu il təvəllüdlü Mail Musa oğlu Rüstəmov isə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, sürücü Mail Musa oğlu Rüstəmovun idarə etdiyi "UAZ” markalı avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində iki nəfər ölüb, beş nəfər xəsarət alıb. Ölənlər və xəsarət alan 3 nəfər bir ailənin üzvləridir və Zuvand kənd sakinləridir.

Xəbər lenti