Xəzər Xəbər

Bakıda avtobuslarda 40 nəfərə qarşı cibgirlik etdi

Hadisə | 15:17 • 19 Fevral 2020
Bakıda avtobuslarda 40 nəfərə qarşı cibgirlik etdi

Sərnişin avtobuslarında 40-a yaxın sərnişinə qarşı cibgirlik edən şəxs polislər tərəfindən saxlanılıb.

XəzərXəbər xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sərnişin avtobuslarında çoxsaylı cibgirliklər edən şəxs saxlanılıb. Əməliyyat-tədbiri zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 81,12,46 və s. xətt üzrə hərəkət edən avtobuslarda cibgirlik edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Kərimov tutulub.F.Kərimov ifadəsində 2019-cu ildən başlayaraq saxlanılan günə qədər avtobuslarda ümumilikdə qırxa yaxın sərnişinin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib.

Faktlarla bağlı Xətai Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. F.Kərimovun Xətai, eləcə də paytaxt ərazisində başqa analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Xəbər lenti