Xəzər Xəbər

Bakıda metronun qarşısında faciəvi hadisə ÖLƏN VAR

Hadisə | 13:14 • 17 Yanvar 2020
Bakıda metronun qarşısında faciəvi hadisə

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

XəzərXəbər xəbər verir ki, yanvarın 16-da saat 8 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində - metronun "Nəsimi” stansiyasının qarşısında Bakı şəhər sakini E.Qasımov idarə etdiyi "Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsən Sədrəddinovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti