Xəzər Xəbər

Bakıda ana və qızı qətlə yetirilib

Hadisə | 10:07 • 14 Dekabr 2019
 Bakıda ana və qızı qətlə yetirilib

Bakıda ana və qızının meyiti aşkarlanıb.


Xezerxeber.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz "Facebook" səhifəsində məlumat yayıb.


Bildirilir ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı E.Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib.


Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti