Xəzər Xəbər

Sumqayıtda qadına qarşı soyğunçuluq

Hadisə | 14:16 • 12 Dekabr 2019
Sumqayıtda qadına qarşı soyğunçuluq

Sumqayıtda soyğunçuluq hadisəsi baş verib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-da Kimyaçılar qəsəbə sakini M.Quliyevaya zor tətbiq edib içərisində 230 manat olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini R.Məhərrəmov saxlanılıb.

Tutulan şəxsin ətrafında əlavə araşdırmalar aparılır.

Xəbər lenti