Xəzər Xəbər

Dəm qazı ölümləri ilə bağlı cinayət işi başlanıb

Hadisə | 11:30 • 9 Dekabr 2019
Dəm qazı ölümləri ilə bağlı cinayət işi başlanıb

Bərdədə və Qusarda 3 nəfərin dəm qazından boğulması faktları ilə bağlı cinayət işi başlanıb.


Bərdədə 3 yaşlı azyaşlının yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə, Qusarda 15 yaşlı qızın dəm qazından boğularaq ölməsi faktı ilə bağlı isə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.


Qeyd edək ki, Bərdə şəhərində 3 yaşlı Hüseynli Ayşən Etibar qızı anası ilə birgə dəm qazından zəhərlənib. Uşaq ölüb, ananın vəziyyəti ağırdır.


Qusarda isə 2004-cü il təvəllüdlü Niftəliyeva Yeva Vahid qızı yaşadıqları evin hamam otağında dəm qazından boğularaq ölüb. (APA)

Xəbər lenti