Xəzər Xəbər

İran sərhədində ƏMƏLİYYAT: 25 kq narkotiki Azərbaycana keçirmək istəyərkən saxlanıldı

Hadisə | 11:22 • 14 Noyabr 2019
İran sərhədində ƏMƏLİYYAT:

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində keçirilən əməliyyat-axtarış və qoşun tədbirləri nəti­cəsində meşəlikdə gizlədilən 1 ədəd qara rəngli çanta aşkar olu­naraq götürülüb.

DSX-nin Mətbuat Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan (13 kq 240 qr "heroin”, 1 kq 535 qr "meta­mfitamin”, 10 kq 10 qr "tiryək” və 1500 ədəd "metadon-40” həb) narkotik vasitələr aşkarlanaraq götü­rülb.

Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycana gəti­rən İran vətəndaşı 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb.

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti