Xəzər Xəbər

Avtomobillə vurduğu piyadanı evə apardı, yaralı orda öldü - Bakıda

Hadisə | 15:15 • 7 Noyabr 2019
Avtomobillə vurduğu piyadanı evə apardı, yaralı orda öldü -

Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində piyada avtomobillə vurulub.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, noyabrın 6-da saat 13 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Ağazadə idarə etdiyi "VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Elyanə Məmişovanı vurub.

Nəticədə N.Ağazadə xəsarət almış E.Məmişovanı həmin qəsəbədə yaşayan qohumunun evinə aparıb və təcili tibbi yardım stansiyasının həkimləri gələnədək E.Məmişova orada ölüb.

Xəbər lenti