Xəzər Xəbər

Qusarda yüksək dağlıq ərazidə FACİƏ – AXTARIŞLAR BAŞLADI

Hadisə | 11:37 • 22 Oktyabr 2019
Qusarda yüksək dağlıq ərazidə FACİƏ

Dünən saat 18:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qusar rayonunun Buğur kəndi ərazisində, mürəkkəb relyefli yüksək dağ massivində bədbəxt hadisə baş verib.

XəzərXəbər nazirliyə istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun hündürlükdən yıxılaraq dərəyə düşdüyü ehtimal olunur.

Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər lenti