Xəzər Xəbər

On ay sonra dəhşətli cinayətin üstü açıldı – Evindən doqquz uşağı güllələyib

Hadisə | 16:22 • 20 Oktyabr 2019
On ay sonra dəhşətli cinayətin üstü açıldı

Türkiyə 9 uşağı güllələyən şəxs saxlanılıb. O belə bir addım atmasını isə qəribə bir səbəblə əlaqələndirib

Türkiyənin Çerkezköy adlanan ərazisində dəhşətli cinayətin üstü açılıb.

Naməlum cinayətkar ilk dəfə ötən ilin dekabrın 24-də öz mənzilindən yaxınlıqdakı parkda uşaqlardan birini pnevmatik silahla güllələyib. Növbəti oxşar hadisə isə bu ilin aprelində baş verib. Lakin şəxs bununla da kifayətlənməyib. O may və oktyabr ayı ərzində daha bir neçə uşağı güllələyib. Onlar arasında dünyalarını dəyişənlər, iflic olanlar, xəsarət alanlar da olub.

Polis isə ötən gün həmin şəxsin kimliyini müəyyənləşdirib. Onlar uşaqların hansı yerdə vurulduğunu nəzərə alaraq, atəşin hansı istiqamətdən açıla biləcəyini ehtimal edərək şübhəlini tapmaq üçün təhqiqat aparıblar. Təxminən 10 aylıq araşdırmadan sonra cinayəti törədən şəxs tutulub.

Həmin şəxsin Sərkan Gün olduğu təsdiq olunub. O isə hadisəni törətdiyini etiraf edərək, belə bir addım atmasının səbəbini uşaqların çox səs-küylü olması və avtomobilləri cızması ilə əlaqələndirib./Sputnik Azərbaycan

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti