Xəzər Xəbər

Naxçıvanda faciəvi hadisə QADIN ÖLDÜ

Hadisə | 13:29 • 16 Oktyabr 2019
Naxçıvanda faciəvi hadisə

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 13-də saat 17 radələrində Babək rayonunun Nehrəm kəndi ərazisində kənd sakini Cavid Qənbərov idarə etdiyi "VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həkimə İbrahimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 15-də orada ölüb.

Babək RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti