Xəzər Xəbər

Gənc dul qadın müəmmalı şəraitdə 123 milyon dollar mirasa sahib oldu

Hadisə | 17:45 • 15 Oktyabr 2019
Gənc dul qadın müəmmalı şəraitdə

Bu günlərdə macar ictimaiyyətini maraqlı mövzu narahat edir.


XəzərXəbər AZƏRTAC-a istinadən bildirir ki, cari ilin yanvarında vəfat edən macarıstanlı mediamaqnat Andi Vayna özündən sonra böyük məbləğdə, 123 milyon dollar dəyərləndirilən varidat qoyub.


Ölməmişdən əvvəl o, özünün cavan dul arvadı Timea ilə bərk mübahisə edib, lakin boşanmanı sənədləşdirməyə macal tapmayıb. Andi Vayna vəsiyyətnamə ilə arvadına hətta bir sent belə saxlamayıb. Vəkillərin sərəncamında olan vəsiyyətnamənin surətində kimə nə qədər miras qalacağı aşkar görünür, sənəddə adıçəkilənlər arasında dul qadının adı göstərilmir.


Lakin vəsiyyətnamənin orijinalı müəmmalı şəkildə itib və tapılmayıb. Macarıstan qanunlarına görə, bütün varidat mərhumun məhz formal dul qadınına çatacaq.

Xəbər lenti