Xəzər Xəbər

Azərbaycanda 32 yaşlı kişini amansızlıqla öldürdülər

Hadisə | 14:17 • 14 Oktyabr 2019
Azərbaycanda 32 yaşlı kişini amansızlıqla öldürdülər

Tovuz rayonunda qətl törədilib.

Rayonun Hunanlar kəndi ərazisində Tovuz şəhər sakini, 1987-ci il təvəllüdlü İbrahimov Asif Eldam oğlu bıçaqlanaraq öldürülüb.

Hadisə Kür çayının yaxınlığında yerləşən gölün kənarında baş verib. Bildirilir ki, A.İbrahimov dost-tanışı ilə həmin ərazidə yeyib-içiblər. Bu zaman onunla rayon sakini Fəxrəddin Məmmədov arasında mübahisə baş verib. Mübahisə münaqişəyə çevrilib və F.Məmmədov 32 yaşlı Asifi bıçaqlayaraq öldürüb.

Bildirilir ki, qətlə yetirilən 32 yaşlı A.İbrahimov bir neçə il əvvəl ailə həyatı qurub və övladı yox imiş.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir./publika.az

Xəbər lenti