Bakıda yaşayış binasının 5-ci mərtəbəsindən atıldığı deyilən şəxsin intihara cəhd etdiyi məlum olub.
XəzərXəbər APA-ya istinadən xə nın məlumata görə, 1999-cu il təvəllüdlü Emin Vasif oğlu Əzizov oktyabrın 8-də 5 mərtəbəli binanın sonuncu mərtəbəsindən özünü ataraq intihara cəhd edib. Araşdırmalar zamanı son günlər ərzində onda psixi pozuntular müşahidə olunub.
Hadisədən dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.