Xəzər Xəbər

Azərbaycan insan alverində təqsirləndirilən iki Türkiyə vətəndaşını axtarışa verib

Hadisə | 17:25 • 13 Avqust 2019
Azərbaycan insan alverində təqsirləndirilən iki Türkiyə vətəndaşını axtarışa verib

Azərbaycan hüquq-mühafizə orqanları iki Türkiyə vətəndaşı barəsində axtarış elan edib.


APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.


Məlumatda qeyd olunur ki, Türkiyə vətəndaşları - 1971-ci il təvəllüdlü Tarkan Gursen və 1992-ci il təvəllüdlü Doğan Solun insan alverində təqsirləndirilirlər.


Onların hər ikisi barəsində 2019-cu ildə axtarış elan olunub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti