Xəzər Xəbər

Sumqayıtda mebel sexi yanır

Hadisə | 17:37 • 10 Avqust 2019
Sumqayıtda mebel sexi yanır

Sumqayıt şəhərində mebel sexi yanır.


Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 


Qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhəri, 18-ci mikrorayonda mebel sexində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Xəbər lenti