Xəzər Xəbər

Bakı-Sumqayıt yolunda baş verən qəzanın TƏFƏRRÜATLARI

Hadisə | 10:52 • 8 Avqust 2019
Bakı-Sumqayıt yolunda baş verən qəzanın

Bu gün səhər saat 06:30 radələrində Xırdalan dairəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyində hadisə ilə bağlı müvafiq araşdırma aparılıb. Zəncirvari qəzada zərər görən 199 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı şirkət "Xaliq Faiqoğlu" MMC-dən verilən məlumata görə qəza 525 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun işçiləri daşıyan servis avtobusuna dəyməsi nəticəsində baş verib.

Həmin vaxt ərazidən keçən 199 nömrəli müntəzəm marşrut xətt üzrə avtobusun sürücüsü qəzadan yayınmaq üçün manevr etsə də nəqliyyat vasitəsi sürüşərək Niva markalı avtomobilə dəyib. Niva isə digər minik avtomobilinə dəyib.

Qəza nəticəsində servis avtobusundakı sərnişinlərdən bir neçəsi xəsarət aldığı bildirilir.

Agentlik bir daha bütün hərəkət iştirakçılarına, xüsusən də sürücülərə ehtiyatlı olmağı tövsiyə edir.

Rubrikanın digər xəbərləri

Qaxda ağır qəzada iki qardaş
Qaxda ağır qəzada iki qardaş xəsarət alıb
12:51
Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti