Xəzər Xəbər

Azad azadlığını 6 büküm tiryəkə satdı

Hadisə | 16:37 • 25 İyun 2019
Azad azadlığını 6 büküm tiryəkə satdı

Azad Həsənov narkotik vasitə olan tiryəki satdıqdan sonra cinayət başında saxlanılıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonu ərazisində qaçaqmalı yolu ilə gətirilən narkotik vasitə olan tiryəki satan Lənkəran şəhər sakini saxlanılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Lənkəran şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqadər məhkum olunmuş Azad Həsənov narkotik vasitə olan tiryəki satdıqdan sonra cinayət başında saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı əlində daşıdığı sellofan torbada 6 bükümdə ümumi çəkisi 5 kiloqram 300 qram narkotik vasitə tiryək aşkar edilərək götürülüb. Araşdırmalarla həmin narkotik vasitənin respublika ərazisinə qaçaqmal yolu ilə keçirildiyi müəyyən edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Xəbər lenti