Xəzər Xəbər

Yasamalda yaşayış binasında yanğın baş verib

Hadisə | 19:19 • 12 İyun 2019
Yasamalda yaşayış binasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – "qaynar” telefon xəttinə Yasamal rayonu, M.Xiyabani küçəsində çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.


FHN-dən xezerxeber.az-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.


İlkin məlumata əsasən, yaşayış binasının 6-cı, 7-ci və 8-ci mərtəbələrinin eyvanlarından keçən plastik borular yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

Xəbər lenti