Xəzər Xəbər

Abşeronda 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb

Hadisə | 11:43 • 7 İyun 2019
Abşeronda 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb

Polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, 2013-cü ilin dekabr ayında Y. Əliyevin idarə etdiyi "Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən şəxs avtomobilin təhlükəsizlik kəmərini onun boğazına keçirib boğacağı ilə hədələyərək 100 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilin açarını alıb.


Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E. Çərkəzov müəyyən edilərək saxlanılıb.


Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti