Xəzər Xəbər

Bakıda binanın qarşısında DƏHŞƏTLİ HADİSƏ Kişi hamının gözü qarşısında arvadını...

Hadisə | 09:33 • 31 May 2019
Bakıda binanın qarşısında DƏHŞƏTLİ HADİSƏ

Bakıda dəhşətli qətl törədilib.

XəzərXəbər xəbər verir ki, dünən günorta saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fətəliyev küçəsində yerləşən yaşayış binasının qarşısında 1977-ci il təvəllüdlü Məmmədov Vüsal Nizami oğlu həyat yoldaşını bıçaqlayaraq öldürüb.

Belə ki, binanın girişinin qarşısında 42 yaşlı Vüsal həyat yoldaşı qısqanclıq zəminində 1978-ci il təvəllüdlü Fəridə Nuriyevaya bıçaqla çoxsaylı zərbələr endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Bildirilir ki, ailədə xeyli vaxtı imiş ki, problemlər varmış. Belə ki, Vüsal Məmmədov müxtəlif vaxtlarda həyat yoldaşını qısqanclıq zəminində döyüb. Onların arasında bir neçə dəfə məhkəmə çəkişməsi də olub.

Hadisədən sonra Vüsal Məmmədov tutularaq istintaqa təhvil verilib. Cütlüyün 2 uşağı qalıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bəzi məlumatlarda kişinin arvadının başını kəsərək binadan atdığı bildirilsə də, bu informasiya təsdiqini tapmayıb.

Xəbər lenti