Xəzər Xəbər

Bakıda törədilən qətllə bağlı rəsmi məlumat

Hadisə | 12:30 • 25 May 2019
Bakıda törədilən qətllə bağlı rəsmi məlumat

Daxili İşlər Nazirliyi Bakıda törədilən qətllə bağlı məlumat yayıb.


Xezerxeber.az Nazirliyin saytına istinadən xəbər verir ki, mayın 24-də Nəsimi rayonunun B.Səfəroğlu küçəsi ev 219-un zirzəmisindən üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyitinin tapılması barədə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə məlumat daxil olub.


Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.


Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Orxan Əliyev olması müəyyən edilib və hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər oğurluq, xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Qəhrəmanov saxlanılıb.

Xəbər lenti