Xəzər Xəbər

Bakı sakinləri Gədəbəydə aptek soydular

Hadisə | 12:23 • 18 May 2019
Bakı sakinləri Gədəbəydə aptek soydular

Gədəbəy rayon Polis Şöbəsinə rayonun ərazisindəki apteklərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Zərərçəkmiş Slavyanka kənd sakini R.Həsənov mayın 7-nə keçən gecə 20 Yanvar küçəsindəki aptekindən 3080 manat pul oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən qısa müddətdə cinayət əməlini törədənlərin Gəncə şəhəri ərazisində olduqları müəyyən edilib.

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Vadim Səlimov, Rövşən Alıyev və qardaşı Rəvşin şəhər ərazisində saxlanılıblar.

Onlardan 2 ədəd maska, 1 ədəd alışqan tapança, 2 ədəd əlcək, 1 ədəd kəsici alət və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti