Aprelin 22-də Xətai rayonunun Nobel prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 23 radələrində yolu keçərkən "Audi” markalı avtomobillə vurulmuş paytaxt sakini Şamo Ağayev hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, faktla əlaqədar Xətai Rayon Polis İdarəsi əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Polis əməkdaşları ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini A.Babayevi saxlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb.