Xəzər Xəbər

Anadan uşağına qarşı AĞLAGƏLMƏZ ƏMƏL hər kəsi ŞOKA SALACAQ: iynə ilə bədəninə elə bir şey yeritdi ki...

Hadisə | 13:24 • 17 Fevral 2019
Anadan uşağına qarşı AĞLAGƏLMƏZ ƏMƏL hər kəsi ŞOKA SALACAQ:

Anası bir yaş yarımlıq qızının bədəninə iynə ilə sabun və camaşır suyu vurub, bədənini kəsib.

Türkiyədə baş verən bu dəhşətli hadisədən sonra Əzgi.K həbs edilib.

Qadının həyat yoldaşı Eray.K məhkəmədə ifadə verib, onun uşaqlarına işgəncə verdiyini xəstəxanada öyrəndiyini deyib:

"12 il əvvəl ailə qurduq, 3 uşağımız var. Axırıncı uşağımız dünyaya gələndən sonra həyat yoldaşımın uşaqlara münasibəti dəyişməyə başladı. Uşağın daim ağzı, burnu və gözü qanlı olurdu. Həyat yoldaşım iddia edirdi ki, apardığımız xəstəxanada uşaqlara yanlış dərman verirlər, ona görə də onlar yıxılır və zədələnirlər. Lakin sonuncu dəfə apardığımız xəstəxanada həkim həyat yoldaşımın uşaqlara işgəncə verdiyini dedi. Qızımın qolundakı zədələri göstərdi. Mən həyat yoldaşıma heç nə demədim, lakin onun xəstəxanaya daxil olmasını məhdudlaşdırdım. O gedəndən sonra uşaq sağalmağa başladı. Evə gələndən sonra ona həkimə gedib uşağın problemini təkrar danışmağı təklif etdim. O da mən evdə olmayanda qorxusundan polisə gedib və hər şeyi danışıb. Polis onu həbs edəndən sonra bu barədə məlumatım oldu”./publika.az

Xəbər lenti